AZ

Sülhə doğru növbəti addım

Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi, qarşılıqlı etimad mühitinin gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Aprelin 29-da Ermənistanda, Ağverəndə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.

AzNews.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Komissiyaların on üçüncü görüşü

Dövlət Komissiyasının Katibliyinin məlumatına görə, görüş zamanı tərəflər delimitasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar. Tərəflər delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair bir sıra təlimat layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər. Həmçinin Şahin Mustafayev və Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, Azərbaycan Respublikasının ərazisi ilə Ermənistan Respublikasına yüklərin tranziti uğurla həyata keçirilir və hazırda da davam edir. Məmnunluqla vurğulanıb ki, Azərbaycanın Ermənistana neft məhsulları tədarük etməsi iki ölkə arasında iqtisadi-ticari əlaqələrin formalaşmasının göstəricisidir. Həmçinin tərəflərin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə iqtisadi-ticari əməkdaşlığın inkişafı, malların və xidmətlərin qarşılıqlı tədarükü, həmçinin tranzit daşımaları məsələləri müzakirə olunub. Xüsusi olaraq qeyd edilib ki, əldə olunan nəticələr Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın siyasi iradəsi sayəsində mümkün olub. Tərəflər komissiyaların Azərbaycanda növbəti iclasının tarixinin işçi qaydada müəyyən edilməsi barədə razılığa gəliblər.

Sülhə

Qeyri-mümkün olanlar artıq reallıqdır

Qeyd edək ki, bölgəmizin birbaşa sərhədlərində mövcud olan gərgin vəziyyət, həmçinin Ermənistanda seçki ab-havasının hökm sürməsinə baxmayaraq, tərəflərin ortaya qoyduğu qarşılıqlı siyasi iradə prosesin davamlılığını təmin edir. Komissiyaların budəfəki görüşünü fərqləndirən ən mühüm məqamlardan biri də onun Ermənistan ərazisində təşkil olunması, AZAL-a məxsus təyyarənin İrəvan hava limanına enişidir. Hansı ki, bir müddət əvvələ qədər bu addımların reallaşacağını proqnozlaşdırmaq belə qeyri-mümkün görünürdü.

Tərəflər mövcud durumdan razıdır

Sülh gündəliyi hər iki tərəfdə məmnunluqla qarşılanır. Azərbaycan dəfələrlə bəyan edib ki, Vaşinqton görüşündən keçən müddət ərzində Azərbaycan və Ermənistan arasında de-fakto sülh mövcuddur. Sərhədlərdə sakitlikdir, gərginlik isə öz yerini tədricən bir sıra sahələr üzrə qarşılıqlı əməkdaşlığa verməkdədir.

Sülhə

Seçilən
75
2
aznews.az

3Mənbələr