AZ

Bakıda “Prezident Kuboku”na start verildi - yelkənçilər mübarizəyə qoşuldu

Bakı buxtasında yelkən idmanı üzrə “Prezident Kuboku” yarışlarına start verilib.

90deqiqe.Az xəbər verir ki, turnir Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunub.

Saat 11:00-da başlayan yarışda 30-dan çox idmançı iştirak edir. İdmançılar yeniyetmələr arasında “Optimist”, gənclər arasında isə İLCA4 kateqoriyasında güclərini sınayırlar.

Yarışların gün ərzində yekunlaşacağı bildirilir.

Xatırladaq ki, “Prezident Kuboku” çərçivəsində daha əvvəl avarçəkmə və kanoe üzrə yarışlar da təşkil olunub. Sözügedən reqata ilk dəfə olaraq Sərsəng su anbarında start götürüb, daha sonra Suqovuşan və Mingəçevirdə davam edib.

Həmin yarışlarda Azərbaycan komandası 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.

Seçilən
70
90deqiqe.az

1Mənbələr