AZ

Lənkəranda türkiyəli iş adamı öldü

Lənkəranda çay fabrikinin müdiri vəfat edib.

AzNews.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşı olan 1980-cı il təvəllüdlü Murad Abdulla oğlu Mutlu axşam saatlarında özünü narahat hiss etdiyi üçün rayon xəstəxanasına aparılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

M.Mutlunun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. İş adamının ölümünün səbəbi ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Seçilən
4
13
aznews.az

10Mənbələr