AZ

Bakı bulvarında yelkən yarışına start verilib

Gənclər və İdman Nazirliyi, Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 103-cü il ildönümünə həsr olunan yelkən idmanı üzrə “Prezident Kuboku”na start verilib.

“İki sahil” xəbər verir ki, Bakı bulvarında təşkil olunan yarış saat 11:00-da başlayıb.

Turnirdə ümumilikdə 30-dan çox idmançı mübarizə aparır. Yarış yeniyetmələr üzrə “Optimist”, gənclər üzrə isə İLCA4 kateqoriyasında keçirilir.

Yarışlara bu gün yekun vurulacaq.

Xatırladaq ki, bu yarışdan əvvəl Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” təşkil olunub. Reqata ilk dəfə olaraq Sərsəng su anbarında start götürüb. Daha sonra Suqovuşan və Mingəçevirdə davam edib. Azərbaycan komandası 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.

Seçilən
3
9
ikisahil.az

10Mənbələr