AZ

Almaniyanın müdafiə naziri ABŞ ın Avropadan qoşun çıxarmaq qərarına münasibət bildirib

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa ölkələri öz təhlükəsizliklərinə görə daha böyük məsuliyyət daşımalıdır.

Sky News-un yaydığı məlumata görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ın Avropadan qoşun çıxarmaq qərarına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Almaniya gələcək missiyalarda Böyük Britaniya, Fransa, İtaliya və Polşanı əhatə edən “Beşlər qrupu” ilə sıx əməkdaşlıq edəcək.

Nazirin sözlərinə görə, ABŞ-ın, Almaniya da daxil olmaqla, Avropadan qoşun çıxarması əvvəlcədən proqnozlaşdırılırdı.

Qeyd edək ki, Pentaqon Almaniyadan 5 min ABŞ hərbçisinin çıxarılması planını açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
5
apa.az

6Mənbələr