AZ

WUF13 çərçivəsində Lənkəran şəhərində festival başlayıb

İctimaiyyətin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə Lənkəran şəhərində WUF13 Festivalına start verilib.

AzNews.az APA-ya istindən xəbər verir ki, günün birinci yarısında Lənkəran Dövlət Universitetində WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil edilib.

Sessiyada universitetin və onun nəzdində olan Sosial və Aqrar-Texnoloji kollecin müəllim-tələbə heyəti iştirak edib.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sehran Alışov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi nümayəndəsi Ramiz İdrisoğlu, WUF13 Azərbaycan əməliyyat şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov çıxış edərək WUF13 barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13-ün ölkəmiz üçün əhəmiyyəti və onun çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb.

Sehran Alışov çıxış edərək qeyd edib ki, Böyük İpək Yolunun üzərində yerləşən Lənkəran şəhəri tarixi və mədəni irsini qorumaqla yanaşı, müasir tikililərlə harmonik şəkildə vəhdət təşkil edir.

Seçilən
2
15
aznews.az

10Mənbələr