AZ

Slovakiya Baş nazirinin Moskvaya uçuşu marşrut fərqinə görə ikiqat uzana bilər

BAKI, 2 may. TELEQRAF

Slovakiyanın Baş naziri Robert Fitsonun Qələbə Günü tədbirlərində iştirak etmək üçün Moskvaya uçuş müddəti seçilən marşrutdan asılı olaraq 4 saatdan 8 saata qədər dəyişə bilər.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a Avropa İttifaqının aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, Baltik dənizinin neytral suları üzərindən şimal istiqaməti ilə uçuş, vaxt baxımından cənub marşrutu ilə – bir sıra Avropa ölkələri və Aralıq dənizinin neytral suları üzərindən keçərək Qara dəniz istiqamətindən Rusiyanın hava məkanına daxil olmaqla həyata keçirilən uçuşdan təxminən iki dəfə daha sürətlidir.

Qeyd olunub ki, daha əvvəl Çexiya hakimiyyəti Fitsonun təyyarəsinin Moskvaya uçuşuna icazə verib, lakin Latviya, Litva, Polşa və Estoniya Slovakiya liderinin təyyarəsinin öz hava məkanlarına daxil olmasını qadağan edib.

Slovakiyanın Baş naziri daha əvvəl açıqlamasında mayın 9-da Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə görüşməyi planlaşdırdığını bildirib. O, Moskvaya Slovakiyanın azad edilməsi uğrunda döyüşlərdə həlak olan Qızıl Ordu əsgərlərinin xatirəsini yad etmək üçün yola düşür.

Seçilən
34
teleqraf.com

1Mənbələr