AZ

Qalmaqallı Mingəçevir klubu etiraza qalxdı məşqə çıxmadılar

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

I Liqada mübarizə aparan «Mingəçevir»də narazılıqlar artıb.

Modern.az xəbər verir ki, üç aya yaxındır əməkhaqqı ala bilməyən futbolçular etiraza qalxıb. Komanda üzvləri onları aldadan rəhbərliyi boykot edib.

Dünən maaşların ödəniləcəyi barədə vədin yerinə yetirilmədiyini görən oyunçular məşqə çıxmayıb.

Klub rəsmiləri narazı futbolçularla razılığa gələ bilməyiblər. Əksinə, bildiriblər ki, maaşları verilməyən günə qədər yaşıl meydana ayaq basmayacaqlar.

«İşıqçılar» çempionatda ikinci yeri tutmaq uğrunda mübarizə aparır. Son olaraq doğma şəhərdə «Zaqatala»ya 7:1 hesabıyla qalib gəlmiş «Mingəçevir» 24 tura topladığı 45 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
modern.az

1Mənbələr