AZ

Tovuzda 73 yaşlı kişi dəm qazından boğulub

Tovuzda
Tovuzda zəhərlənmə faktı qeydə alınıb. 1news.az-ın APA-ya istinadən məlumatına görə hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib.
Belə ki, kənd sakini 1953-cü il təvəllüdlü R.Hüseynov yaşadığı evin həyətində olan yardımçı tikilidə dəm qazından boğularaq ölüb. Onun meyiti müayinə olunmaq üçün “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin rayon şöbəsinə təhvil verilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
1
11
1news.az

10Mənbələr