BAKI, 2 may. TELEQRAF
NATO ABŞ-nin qoşunlarını Almaniyadan çıxarması ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün Ağ Evlə əlaqə saxlayır.
Teleqraf xəbər verir ki, bu barədə NATO sözçüsü Allison Hart X şəbəkəsində yazıb.
Bidirib ki, NATO ABŞ-nin Almaniyadan qoşunlarını çıxarmaq qərarını qiymətləndirir
Hart vurğulayıb ki, ABŞ-nin qərarı Avropanı müdafiəsinə daha çox sərmayə qoymağa və ümumi təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımağa sövq edir.
O əlavə edib ki, Avropa ölkələri müdafiələrini təmin etmək qabiliyyətlərinə əmindirlər.
Qeyd edək ki, "CBS News" ABŞ-nin bir il ərzində Almaniyadan təxminən 5000 əsgəri çıxaracağına dair məlumat yayıb. 2025-ci ilin dekabr ayına olan məlumata görə, Almaniyadakı hərbi bazalarda 36.000-dən çox ABŞ əsgəri və təxminən 1500 ehtiyatda olan əsgər yerləşdirilib.