AZ

Azərbaycandan getdi, 51 milyon dollar itirdi

“LUKoyl”un təsisçisi, azərbaycaəsilli iş adamı Vahid Ələkbərov bir neçə gün əvvəl Füzulidə olduğu barədə xəbər vermişdik. Buna səbəb şirkətin dəstəyi ilə inşa olunan 1 nömrəli uşaq bağçasının açılışı olub.

Bildirilirdi ki, Füzulidə uşaq bağçası tikmək dünyanın ən böyük neft şirkətlərindən birinin azərbaycanlı kökənli təsisçisinin şəxsi təşəbbüsüdür. 240 yerlik, 2,4 hektar ərazini əhatə edən bu obyekt ənənəvi uşaq bağçasından daha çox müasir təhsil mərkəzini xatırladır: burada hovuz, kompüter sinifləri, müasir emalatxanalar və xüsusi yemək istehsalı bölmələri mövcuddur.

Bəllidir ki, bu il V.Ələkbərov ciddi maliyyə itkiləri ilə üzləşib. Məsələn, Sanksiyalar səbəbindəmn Xəzər dənizindəki “Kalamkas-Sea” və “Xəzər” yataqlarının işlənməsi dayandırıb. Yataqlar Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşir. Ehtiyatlar 8,5 milyon ton neft və 19 milyard kubmetr qaz həcmində qiymətləndirilir. Gözlənilən hasilat həcmi ildə təxminən 4 milyon ton (gündə 80.000 barel), effektiv hasilat müddəti isə ən azı beş ildir. İlk neftin 2029-cu ilin sonuna qədər hasil ediləcəyi gözlənilirdi.

Xarici KİV-lər onu da xəbər verir ki, qlobal bazarda baş verən son dalğalanmalar nəticəsində iş adamı son bir sutka ərzində 51 milyon dollar itirib.(mənbə: modern.az) Hazırda onun xalis sərvəti 23,4 milyard dollar səviyyəsində qiymətləndirilir. Bu göstərici ilə Ələkbərov dünyanın ən zəngin insanları siyahısında(25 milyard dollar) 110-cu yerdə qərarlaşıb.

V.Ələkbərov 1950-ci ildə Bakının Qaraçuxur qəsəbəsində anadan olub. Atası Yusif Ələkbərov müsəlman və azərbaycanlı, anası Tatyana Fyodrovna isə kazak və xristian idi.

O, Azərbaycan Neft və Kimya İnstitutunu 1974-cü ildə bitirib. Əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Neft Akademiyası) təhsil aldığı vaxt “Kaspromneft” müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan Ələkbərov SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri “LUKoyl” şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək “LUKoyl” şirkətinə rəhbərlik edir. (Musavat.com)

Seçilən
14
3
nocomment.az

4Mənbələr