AZ

Qara sarımsağın möcüzəvi faydaları

Sarımsağın uzun müddət saxlanılması ilə yaranan "qara sarımsaq" son dövrlərdə sağlam həyat tərzinin yüksələn trendlərindən biridir.

Ölkə.Az xəbər verir ki, xüsusi fermentasiya prosesi vasitəsilə daha sağlam və daha ləzzətli bir dad əldə edən qara sarımsaq faydaları ilə təəccübləndirir.

Nəzarət altında olan istilik və rütubət altında həftələrlə davam edən xüsusi fermentasiya prosesindən keçən qara sarımsaq, yüksək qida dəyəri ilə diqqəti cəlb edir.

İlk baxışdan yanmış kimi təəssürat yaradan qara sarımsaq əldə etmək üçün sarımsaq təxminən 60-90 dərəcə Selsi temperaturunda və yüksək rütubətdə bir aydan çox davam edən xüsusi fermentasiya prosesindən keçir.

Qara sarımsaq, tərkibindəki şəkərlər və amin turşuları reaksiyaya girdikcə yumşaq və jele kimi bir konsistensiya əldə edir. Beləliklə, sarımsağın kəskin dadı karamelizə olunmuş bir dadla əvəz olunur.

Digər tərəfdən, qara sarımsaq ağızda xoşagəlməz dad və ya qoxu buraxmadığı üçün narahat olmadan yeyilə bilər.

Qara sarımsağın ən vacib xüsusiyyəti onun antioksidant qabiliyyətinin ağ sarımsaqdan dəfələrlə çox olmasıdır.

Bu, həmçinin immunitet sistemini dəstəkləməkdə, hüceyrələrin bərpasına töhfə verməkdə və sərbəst radikallardan qorunmaqda əhəmiyyətli üstünlüklər gətirir.

Billurə
 

Seçilən
37
2
olke.az

3Mənbələr