“Real”ın baş məşqçisi Alvaro Arbeloa Joze Mourinyonun Madrid klubunun sükanı arxasına keçmək istəməsini şərh edib.
Msport.az xəbər verir ki, 43 yaşlı mütəxəssisə sabah keçirilicək “Espanyol”la səfər matçından öncə bu sual ünvanlanıb:
“Sabahkı oyuna görə narahat oluram. Gələcək sabahdır, hər zaman “Real” haqqında düşünürəm. Bu cür sualları başa düşürəm, lakin mən gələcək sabahdır deməkdə davam edəcəm. Hər oyun mənim həyatımdır.”
Qeyd edək ki, KİV-də Mourinyonun “kral klubu”na qayıtmaq istəməsinə dair xəbərlər dərc olunub.
Arbeloa yanvardan “Real”ın baş məşqçisidir. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.