AZ

Azərbaycanda ərinin məzarına ziyarətə gələn qadın ÖLDÜ

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Tovuz rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az Teleqraf-a istinadla xəbər verir ki, Bakı şəhərində yaşayan 1961-ci il təvəllüdlü Nazilə Qasımova rayonun Yuxarı Öysüzlü kəndində həyat yoldaşının vəfatının il dönümü ilə bağlı məzarını ziyarət etməyə gedib.

Bu zaman qadın qəbiristanlıqda yıxılıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
14
news.milli.az

10Mənbələr