İranda İsrailin xeyrinə casusluqda ittiham olunan iki kişi edam edilib. Bu barədə məlumatı ölkənin məhkəmə hakimiyyətinə istinadən İran KİV-ləri yayıb.
NOCOMMENT.az xəbər verir ki, edam edilən şəxslər — Yaqub Kərimpur və Nasir Bakarzadə İsrailin “Mossad” kəşfiyyatı ilə əməkdaşlıqda təqsirli biliniblər. Ali Məhkəmə tərəfindən ölüm hökmləri qüvvədə saxlanıldıqdan sonra onlar asılaraq edam olunublar.
İttihama əsasən, Kərimpur məxfi məlumatları “Mossad” zabitinə ötürüb, Bakarzadə isə hökumət və din xadimləri, habelə mühüm obyektlər, o cümlədən İsfahan vilayətindəki Nətənz nüvə obyekti ətrafındakı ərazi haqqında məlumat toplamaqda ittiham olunub.
Sara
NOCOMMENT.az