AZ

“Pişik” Günel: “Qızım da mənim kimi müğənni olsa, atasının ürəyi partlayar”

Şou-biznes aləmində “Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova son açıqlaması ilə yenidən gündəmə gəlib.

 

Sənətçi “Öz aramızda” verilişində qızı ilə bağlı danışaraq onun gələcək peşə seçimi barədə fikirlərini bölüşüb. Günel qızının müğənni olmasını qətiyyən istəmədiyini bildirib və bunun səbəbini emosional şəkildə izah edib:

 

“Qızım da mənim kimi müğənni olsa, atasının ürəyi partlayar. Bəlkə də dözə bilməz, ölər. Doğrudur, bizim sənət incəsənətdir, amma bu yol çox çətin, keşməkeşli və çətindir. Səhnə həyatı kənardan göründüyü qədər asan deyil. Ona görə də mən istəmərəm ki, qızım müğənni olsun. Arzum budur ki, savadlı, peşəkar bir həkim olsun. Bu, mənim Allahdan ən böyük diləyimdir”./Musavat.com

Tarix: 2 May 2026, 12:58   
Seçilən
14
4
pravda.az

5Mənbələr