AZ

Cinayət işlərində həbs qərarlarına yenilik

İstintaq orqanları və məhkəmələrin həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələni obyektiv araşdırması üçün onlar arasında ağlabatan vaxt bölgüsü müəyyənləşdiriləcək...

Poliqon xəbər verir ki, Konstitusiya Məhkəməsi bununla bağlı Milli Məclisə müvafiq tövsiyələr verib.

Cinayət-Prosessual Məcəlləyə əsasən, maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur.

Məhkəmədə qətimkan tədbiri qismində həbsin seçilməsi, tutulma müddətinin uzadılması, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə və yuxarıdakı abzasda nəzərdə tutulmuş istintaq hərəkətinin təxirəsalınmadan aparılmasına dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində, digər müraciətlərə isə 48 saat müddətində baxılır.

Yeni qərara görə isə, yuxarıdakı abzasda məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciətlərə baxılması üçün müəyyən edilmiş 24 saat əlavə müddət olmamaqla həmin Cinayət-Prosessual Məcəlləyə uyğun olaraq şübhəli şəxs qismində tutulma üçün müəyyən edilmiş 48 saatlıq müddətlə ehtiva olunur.

İstintaq orqanları və məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələnin obyektiv və hərtərəfli araşdırılması üçün onlar arasında 48 saatlıq müddətçərçivəsində ağlabatan vaxt bölgüsünün müəyyənləşdirilməsi və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi Konstitusiya Məhkəməsi tərəfindən Milli Məclisə tövsiyə edilib.

Poliqon.info

Seçilən
35
10
poliqon.info

10Mənbələr