AZ

62 ölkədən olan diplomatlar Laçın Aqro Sənaye Parkı nda olublar

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar bu gün "Laçın Aqro-Sənaye Parkı"nda olublar.

BAKU.WS report-a istinadən xəbər verir ki, onlara sənaye parkında istehsal edilən məhsullarla tanış olmaq imkanı yaradılıb.

Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.

Bu, xarici diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 21-ci səfəridir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
6
baku.ws

8Mənbələr