Cari mövsümün sonunda İtaliya A Seriyasını tərk edəcək 2 komandanın adına aydınlıq gəlib.


Rekord.az xəbər verir ki, bunlar "Piza" və "Verona"dır.


"Piza" 35-ci turda "Leççe"yə 1:2 hesabı ilə məğlub olaraq, 17-ci yerə yüksəlmək şanslarına son qoyub. Həmçinin "Verona"nın da "Leççe"ni keçə bilməyəcəyi dəqiqləşib.


"Venetsiya"nın isə növbəti mövsümdə A Seriyasında mübarizə aparacağı məlum olub. Komanda bunu B Seriyasının 37-ci turunda səfərdə "Spetsiya" ilə heç-heçə etməklə bacarıb. "Venetsiya" sona 1 tur qalmış 3-cü yerdəki "Montsa"nı 4 xal qabaqlayıb və elitaya vəsiqəni təmin edib.