AZ

Rusiya sərhədinin 70 km-də təlimlərə başlanıldı

Finlandiyada “Northern Strike 26” adlı artilleriya təlimləri start götürüb.

Bu barədə ölkənin quru qoşunları məlumat yayıb.

Təlimlər Vuosanka poliqonu ərazisində keçirilir. Poliqon Rusiya sərhədindən cəmi 70 kilometr məsafədə yerləşən Kuhmo bələdiyyəsindədir.

Manevrlər çərçivəsində hərbçilər artilleriya, minaatan və taktiki döyüş atışları üzrə məşqlər icra edəcək. Təlimlərdə iştirak edən texnika və qüvvələrin dəqiq sayı açıqlanmayıb.

Seçilən
29
aznews.az

1Mənbələr