AZ

Uşağın zəkasını yavaşladan 3 məşhur oyuncaq

Bəzi məşhur oyuncaqlar uşağın zəkasını yavaşladır.

Ölkə.Az xəbər verir ki, “momsvnc” ana-uşaq səhifəsinə istinadla xəbər verir ki, buna səbəb həmin oyuncaqların hazır funksiyasının olmasıdır:

“Analıq instinktimiz deyir: “Uşağıma ən yaxşısını, ən bahalısını alım” . Marketinq də bunu çox gözəl bilir. Bizə “inkişaf etdirir”, “öyrədir”, “zəkanı açır” adı ilə əslində, beyni tənbəlləşdirən oyuncaqlar satır.

Demirəm ki, bu oyuncaqları zibilliyə atın, sadəcə bilmək lazımdır ki, uşaq düymə basanda, planşetə baxanda, ipi çəkəndə beyni passiv olur. Yaradıcılıq, problem həlli, təxəyyül dayanır”.

Sözügedən oyuncaqlar aşağıdakı kimi sadalanıb:
1. Danışan işıqlı, mahnılı oyuncaqlar

Belə oyuncaqla oynayanda uşaq sadəcə düyməyə basır, beyni yatır. Təxəyyül, ssenari qurmaq və problemi həll etmək kimi abacarıqları sıfıra enir, uşaq "passiv qəbuledici" olur.

2. Planşetdə “öyrədici” oyunlar (0-3 yaş)

ABŞ Pediatrlar Akademiyasının məlumatına görə, 2 yaşa kimi uşaq ekran qarşısında olmamalıdır. 2D ekrandan 3D həyata keçid pozulur. Əl-göz koordinasiyası, dərinlik hissi inkişaf etmir. Nitq üçün ən vacib olan “canlı ünsiyyət” yoxdur. 0-3 yaş dövrü ekrandan yox, həyatdan öyrənmək dövrüdür.

3. İpə bağlı “gəzdirən” maşınlar

“Uşaq hərəkət edir də, nəyi pisdir?” deyirsən. Pis olan odur ki, beyin işləmir. Sadəcə arxasınca sürüyür, məqsəd, plan, qərar yoxdur. 
Uşaq özü itələyəndə, döndərəndə, hara aparacağını düşünəndə inkişaf başlayır.

Billurə

Seçilən
27
1
olke.az

2Mənbələr