AZ

Şahin İsmayılov: Prezident İlham Əliyevin ənənəvi olaraq idmançılarla görüşü onları yeni qələbələrə ruhlandırır

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 2 may, AZƏRTAC

Prezident İlham Əliyevin ənənəvi olaraq idmançılarla görüşü, onları əldə olunan qələbələr münasibətilə şəxsən təbrik etməsi dövlətimiz tərəfindən idmanın inkişafına və idmançılara göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Bu, eyni zamanda, idmançılarımızı yeni uğurlara, qələbələrə ruhlandırır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Şahin İsmayılov qeyd edib ki, Azərbaycan güləşçilərinin Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qazandığı uğur ölkəmizdə idmanın sistemli inkişafının parlaq təzahürüdür. Gərgin idman mübarizəsi şəraitində əldə olunan bu nəticə bir daha sübut edir ki, Azərbaycan idmançıları beynəlxalq arenada yüksək peşəkarlıq nümayiş etdirir və lider mövqelərini qoruyurlar.

“Təbii ki, Azərbaycan bayrağının beynəlxalq yarışlarda ucaldılması hər bir azərbaycanlıya qürur hissi yaşadır. Beynəlxalq arenalarda qazanılan qələbələr bizim milli həmrəyliyimizi daha da gücləndirir. Bu uğurlar Vətənə, dövlətə bağlı gənclərin formalaşması işinə də mühüm töhfələr verir”, - deyə komitə sədri bildirib.

O qeyd edib ki, ölkəmizdə nüfuzlu beynəlxalq yarışların yüksək səviyyədə təşkili, yaradılan müasir infrastruktur və idmançılara göstərilən dəstək Azərbaycanda idmanın kütləviliyini daha da artırıb. Bu gün Azərbaycan beynəlxalq idman mərkəzlərindən birinə çevrilib. Ötən illərdə regionlarımızda idman infrastrukturunun qurulması, o cümlədən Olimpiya İdman komplekslərinin, idman zallarının, stadionların tikilməsi və bərpası ölkəmizin idman potensialını daha da gücləndirib. Bu infrastruktur gənc istedadların aşkar olunması və peşəkar səviyyədə hazırlanması üçün geniş imkanlar açır.

“Bir sözlə, dövlətimizin uğurlu siyasəti, hərtərəfli qayğısı nəticəsində Azərbaycan idmanı dayanıqlı inkişaf yolundadır. Davamlı nailiyyətlərimiz bu sahədəki sistemli və düzgün yanaşmanın göstəricisidir. Bu gün əldə olunan nailiyyətlər gələcək uğurlar üçün də möhkəm zəmin yaradır”, - deyə komitə sədri vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
azertag.az

2Mənbələr