AZ

"Böyük Dəbilqə": Rəşid mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha bir cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayacaq.

Fanat.Az xəbər verir ki, 26 yaşlı Rəşid Məmmədəliyev (73 kq) tatamiyə çıxacaq.

O, 1/8 final mərhələsində Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) turniri medalsız başa vurublar. "Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.

Seçilən
17
41
fanat.az

10Mənbələr