Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.
Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin Meqion şəhərinin Vısokiy kəndində fərdi evdə yanğın baş verib. Nəticədə dördü uşaq olmaqla, yeddi nəfərdən ibarət ailə həlak olub.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Yuqra qubernatoru Ruslan Kuxaruk "Maks" qəzetinə açıqlamasında məlumat verib.
"Meqionun Vısokiy kəndində gecə baş verən yanğın zamanı dördü uşaq olmaqla, 7 nəfərlik ailə həlak olub. İlkin məlumatlara görə, yanğına elektrik cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub", - deyə o bildirib.
Region rəhbəri vurğulayıb ki, Yuqra Sosial İnkişaf Departamenti bələdiyyə administrasiyası ilə birlikdə ölənlərin yaxınları üçün təcili sosial və psixoloji yardım təşkil edəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.