Abşeron rayonunda, Bakı-Sumqayıt yolunun 7-ci km-də yanğın baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.
Oxu.Az qurumun mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən yanğının bir dam altında tikilmiş bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdə baş verdiyini və yayılma riskinin yüksək olduğunu müəyyən edib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.