AZ

Qubadlı RİH in təşkilatçılığı ilə Bahadur Həziyevin yubileyi keçirildi FOTOLAR

ain.az bildirir, Unikal.az portalına istinadən.

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 may 2026-cı il tarixdə, Sumqayıt şəhər 28 May Mədəniyyət evində, Qubadlı rayonunun  Qəzyan kənd sakini, Yunan-Roma güləşi üzrə Əməkdar məşqiçi, SSRİ və Azərbaycan çempionu, "Zəngəzur Pələngi" ləqəbli Bahadur Aslan oğlu Həziyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, Hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, Şərqi Zəngəzur Regional İdman idarəsinin rəhbərliyi, RİHB-nın İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, İdarə, müəssisə və təşkilat rəhbərləri, Bahadur Həziyevin yetirmələri, tanınmış Pəhləvanlar, idmançılar, Şəhid ailələri, Müharibə veteranları, Qazilər, Bahadur pəhləvanın ailə üzvləri, yaxınları və İctimaiyyət nümayəndələri, tanınmış musiqiçilər iştirak edirdilər.

Tədbir iştirakçıları ilk öncə mərhum Pəhləvan Həziyev Bahadur Aslan oğlunun və Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.  Azərbaycan Dövlət Himni səsləndirilib. 

Bahadur Pəhləvanın həyatından bəhs edən videoçarx nümayiş olunub. 

Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Cənab Malik İsaqov çıxış edərək qeyd etdi ki, Yunan-Roma güləşi üzrə Əməkdar məşqçi, SSRİ və Azərbaycan çempionu, “Zəngəzur Pələngi” ləqəbli Bahadur Aslan oğlu Həziyev Azərbaycan idman tarixində silinməz iz qoymuş görkəmli şəxsiyyətlərdən biridir. O, həyatını idmanın inkişafına, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam ruhda yetişməsinə həsr etmiş, yüzlərlə idmançının formalaşmasında müstəsna rol oynamışdır.

Bu gün ölkəmizdə idmanın inkişafı, idmançılara göstərilən diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Respublikamızda müasir idman infrastrukturunun yaradılması, beynəlxalq yarışların keçirilməsi və idmançılarımızın dünya arenalarında qazandıqları uğurlar məhz bu diqqət və qayğının bariz nümunəsidir.

Bildirilib ki, Bahadur Həziyev yalnız güclü idmançı deyil, eyni zamanda yüksək peşəkarlığı, tələbkarlığı və qayğıkeşliyi ilə seçilən böyük məşqçi olmuşdur. Onun yetişdirdiyi idmançılar müxtəlif yarışlarda əldə etdikləri uğurlarla həm onun, həm də Azərbaycanın adını daim ucaldıblar.

Vurğulandı ki, Qubadlı torpağı hər zaman qəhrəman oğulları ilə tanınıb və Bahadur Həziyev də bu torpağın yetirdiyi ən layiqli simalardan biri kimi xalqın yaddaşında əbədi yaşayacaqdır. Onun zəngin irsi bu gün də yaşayır və gələcək nəsillər üçün örnəkdir. Həmçinin qeyd olundu ki, belə görkəmli şəxsiyyətlərin yubileylərinin qeyd olunması onların həyat və fəaliyyətinin daha geniş şəkildə təbliğinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə verir.

Sonda şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilərək bildirildi ki, onların qəhrəmanlığı sayəsində bu gün Azərbaycan qalib və qüdrətli dövlət kimi inkişaf edir. 

Rayon rəhbəri tərəfindən Bahadur Həziyev məktəbinin yetirməsi, Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu İslam Abbasovu Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanması münasibətilə təbrik edərək ona fəxri fərman və qiymətli hədiyyə təqdim etdi.

Bahadur Həziyevin 100 illik yubileyinə həsr olunmuş müxtəlif yarışlarda qalib olmuş idmançılarda mükafatlandırıldı. Tədbirdə digər çıxış edənlər Bahadur Aslan oğlu Həziyevin zəngin həyat və fəaliyyətindən, Azərbaycan idmanının inkişafına verdiyi töhfələrdən bəhs etdilər. Qeyd olundu ki, o, yüksək peşəkarlığı, tələbkarlığı və vətənpərvərliyi ilə seçilən məşqçi kimi yadda qalmış, yetişdirdiyi idmançılar bu gün də onun məktəbini layiqincə davam etdirirlər. Çıxışlarda belə görkəmli şəxsiyyətlərin irsinin yaşadılmasının və gənc nəslə örnək kimi təqdim olunmasının əhəmiyyəti xüsusi vurğulanıb. 

Sonda Pəhləvanın ailə üzvləri çıxış edərək, göstərilən diqqət və ehtirama görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova öz dərin minnətdarlıqlarını bildirdilər.

Tədbir musiqi parçaları ilə davam etdirilib. 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
107
50
unikal.az

10Mənbələr