AZ

Azərbaycanlı zabit Ukraynada həlak oldu -FOTO

Rusiya–Ukrayna müharibəsində əslən Azərbaycandan olan daha bir hərbçi həlak olub.

Redaktor.az modern.az-a istinadla xəbər verir ki, 1996-ci ildə Bakıda anadan olmuş Sərxan Arzu oğlu Məmmədov Ukraynada döyüşlər zamanı həyatını itirib. O, Rusiya Silahlı Qüvvələrinin 1441-ci motoatıcı alayın baş leytenantı olub.

Məlumata görə, Sarxan Məmmədov Ukraynanın Zaporojye vilayətindəki Malaya Tokmaçka kəndi uğrunda gedən döyüş əməliyyatları zamanı həlak olub. 

Qeyd edək ki, Rusiya–Ukrayna müharibəsində yüzlərlə soydaşımızın həlak olduğu bildirilir.

Seçilən
31
6
redaktor.az

7Mənbələr