ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az "Unikal"a istinadla xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Belə ki, şəhər sakini, 1994-cü il təvəllüdlü Cəvahir Dəmirçiyevanın sürücüsü olduğu "Chevrolet" markalı minik avtomobili hərəkətdə olarkən, 2009-cu il təvəllüdlü Yusif Babayevin idarə etdiyi mopedlə toqquşub.
Qəza zamanı ağır xəsarətlər alan moped sürücüsü dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, həyatını itirən yeniyetmə kuryer fəaliyyəti ilə məşğul olub.
Yusif Babayevin meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Müayinə başa çatdıqdan sonra meyit ailəsinə təqdim olunub.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.