AZ

Dünyada bircə məbəd var, o da insanın bədənidir... Alman yazıçıdan aforizmlər

Kulis.az saytına istinadən ain.az xəbər verir.

Bu gün görkəmli alman filosof, yazıçı və mistik Novalisin (Fridrix fon Hardenberq) doğum günüdür.

Kulis.az yazıçının aforizmlərini təqdim edir.

Anlayışın şeiri fəlsəfədir.***

Bəzən ən uzun yol iki insan arasındakı məsafədir...

***Bir həqiqətlə düzgün tanış olmaq üçün ilk növbədə onu inkar etməli və onunla mübahisə etməliyik.

***Bizi sıxan tale ruhumuzun tənbəlliyindən başqa bir şey deyil.

***Dünyada bircə məbəd var, o da insanın bədənidir. Bu yüksək formadan daha müqəddəs bir şey yoxdur. İnsanların qarşısında əyilmək bədəndəki bu vəhyə edilən hörmətdir. Əlimizi insan bədəninə qoyanda cənnətə toxunuruq.

***Erkən evlən və uzun müddət sev.

***Həqiqətən dindar insan üçün heç bir günah yoxdur.

***Hər bir sevimli obyekt cənnətin mərkəz nöqtəsidir.

***Xarakter mükəmməl formalaşmış iradədir.***İntellektual tərbiyənin ali məqsədi insana kamil bilik və öz daxili nəfsinə yiyələnməkdir.***

Kişi lirik, qadın epik, evlilik dramatikdir.***

Sevgi dünya tarixinin son məqsədidir; kainatın aminidir.***Uşaqların olduğu yerdə qızıl dövr var.

***

Uzaqdan hər şey şeirə çevrilir; uzaq dağlar, uzaq insanlar, uzaq hadisələr; hamısı romantik olur.

Macar ədəbiyyatının kədərli dahisi - Attila Jozef haqqında maraqlı faktlar

Vatsapda şəkil paylaşmaq əxlaqsızlıqdırmı?

Azadlıq meydanında konsert verən Yaqub Zurufçu kimdir?

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
3
kulis.az

4Mənbələr