AZ

Ailəsi belə bilmirmiş Gizli Almaniya səfərinin səbəbi üzə çıxdı

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kamal Sunalın illərdir hər kəsdən gizlətdiyi, hətta həyat yoldaşı Gül Sunalın belə bilmədiyi Almaniya səfərlərinin pərdəarxası məqamları üzə çıxıb. Sən demə, böyük ustadın bu səfərlərinin arxasında hər hansı iş görüşməsi yox, tamamilə başqa səbəb dayanıbmış.Məlum olub ki, sənətkar Almaniyadakı kimsəsiz uşaqlara və müalicəyə ehtiyacı olan ailələrə gizli şəkildə yardım edirmiş. Etdiyi yaxşılıqların bilinməsini heç vaxt istəməyən Sunal bu addımı ilə əslində həm də təvazökarlıq dərsi keçib.Yaxınlarının bildirdiyinə görə, ailəsi bu sirri yalnız ustad sənətkar vəfat etdikdən sonra öyrənib. Onu sevənlərin məktubları və minnətdarlıq dolu müraciətləri bu gizli xeyriyyə missiyasını gün işığına çıxarıb. Kamal Sunal bir daha sübut etdi ki, o, təkcə güldürən yox, həm də dərindən hiss edən və bölüşməyi bacaran böyük bir insan olub.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
demokrat.az

1Mənbələr