Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri bu gün səhər saatlarında Şuşada inşa edilən məscidi (Yeni Şuşa) ziyarət ediblər.
Qaziler.az Report.az-a istinadla xəbər verir ki, nümayəndə heyəti şəhərin sərvətinə çevrilməsi nəzərdə tutulan yeni obyektin inşasının gedişatı ilə tanış olub.
Qeyd edək ki, Yeni Şuşa məscidinin təməli 2021-ci ildə qoyulub.
Xatırladaq ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.
Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.