AZ

Salah zədədən sonra “Liverpul”da nə vaxt oynaya biləcəyini açıqlayıb

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Liverpul”un cinah oyunçusu Məhəmməd Salah Premyer Liqanın 38-ci turunda “Brentford”a qarşı keçiriləcək oyunda meydana çıxmaq üçün bud əzələsindən aldığı zədəni sağalda biləcəyinə inanır.

İdman.Biz bildirir ki, oyun mayın 24-də “Enfild”də keçiriləcək.

“Mən (“Brentford”la oyunda) mütləq hazır olacağam və oynaya biləcəyəm. Düşünürəm ki, oyun başlamazdan əvvəl də hazır olacağam”, - deyə Sky Sports Salahdan sitat gətirir.

Salah 2017-ci ildən bəri “Liverpul”da oynayır. Bu müddət ərzində 33 yaşlı hücumçu bütün yarışlarda 440 oyunda meydana çıxıb, 257 qol vurub və 122 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr