AZ

Tramp Avropa İttifaqına qarşı yeni tariflər elan etdi

Gələn həftədən etibarən ABŞ bazarına idxal edilən avtomobil və yük maşınlarına idxal tarifi 25 faizə qədər artırılacaq.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth Social hesabında elan edib: "Avropa Birliyi (AB) razılaşdırılmış ticarət müqaviləmizi tam şəkildə yerinə yetirmədiyi üçün gələn həftə ABŞ-a idxal edilən AB istehsalı olan minik və yük maşınlarına tarifləri artıracağımı məmnuniyyətlə bildirirəm. Tarif dərəcəsi 25 faizə qaldırılacaq".

Qeyd edək ki, Trampın ötən ilin aprelindən bəri tətbiq etdiyi tariflərin hamısını ABŞ Ali Məhkəməsi qanunsuz elan edib. Hazırda ABŞ müxtəlif dövlətlərdən tutduğu 159 milyard dollar dəyərində tarifləri geri qaytarır.

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr