AZ

İmişli Araz Naxçıvan a qarşı

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının 30-cu turunun ilk oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, stadion probelmi ilə üzləşən "Araz-Naxçıvan" "SOCAR Polymer Arena"da "İmişli"ni qonaq edir.

Hər iki komanda üçün demək olar ki, mövsüm başa çatıb. Naxçıvan təmsilçisinin avrokuboklara yollanmayacağı demək olar ki, müəyyənləşib. "İmişli" isə böyük ölçüdə elitada yerini qorumağı bacarıb. Bu üzdən hər iki komanda meydana sadəcə, imicini qorumaq üçün çıxacaq.

Qeyd edək ki, tura mayın 5-də yekun vurulacaq.

Misli Premyer Liqası

III dövrə, XXX tur

18:30. "Araz-Naxçıvan" - "İmişli"

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin ƏliyevVAR: Fərid HacıyevAVAR: Rəhman İmamiHakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Bəhram QurbanovSumqayıt. "SOCAR Polymer Arena".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
sport24.az

1Mənbələr