AZ

Tramp: ABŞ Kubanı “demək olar ki, dərhal” nəzarətə götürmək istəyir

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ administrasiyasının rəhbəri Donald Trump bəyan edib ki, ölkəsi Kubanı “demək olar ki, dərhal” nəzarətə götürmək niyyətindədir.

Bizimyol.info xəbər verir ki, o, bu fikirləri Florida ştatının Uest-Palm-Biç şəhərində yerli Forum klubunun üzvləri qarşısında çıxışı zamanı səsləndirib.

Amerika lideri Kubadan danışarkən bildirib ki, ABŞ “onu demək olar ki, dərhal nəzarətə götürəcək”. “Kubanın problemləri var. Amma əvvəlcə biz bir məsələni həll edəcəyik”, – deyə qeyd edib və o, bununla İrana qarşı müharibəni nəzərdə tutub. Trampın sözlərinə görə, “İrandan geri qayıdarkən böyük aviadaşıyıcılarımızdan biri, bəlkə də dünyanın ən böyüyü olan "USS Abraham Lincoln" sahilə təxminən 100 yard (təxminən 90 metr) məsafəyə yaxınlaşacaq və onlar deyəcəklər: “Çox sağ olun, biz təslim oluruq””.

ABŞ lideri martın 5-də də bildirmişdi ki, Vaşinqton İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kuba ilə bağlı növbəti addımların müəyyənləşdirilməsi üzərində işləməyi planlaşdırır. O, daha əvvəl dəfələrlə iddia edib ki, ABŞ-ın təzyiqi nəticəsində Venesueladan neft tədarükünün dayandırılmasından sonra Kubanın hökuməti və iqtisadiyyatı çökməyə yaxındır. Fevralın 27-də isə Tramp demişdi ki, ABŞ Kubaya “dostcasına nəzarət” qura bilər.

Martın 13-də Kuba prezidenti Miguel Díaz-Canel bildirib ki, Havana ilə Vaşinqton arasında ikitərəfli fikir ayrılıqlarının dialoq yolu ilə həllinə yönəlmiş danışıqlar aparılıb. Eyni zamanda, fevral ayında "Axios" portalı mənbələrə istinadən xəbər verib ki, ABŞ dövlət katibi Marco Rubio Raul Kastronun nəvəsi Raul Gilyermo Rodriges Kastro ilə adanın gələcəyini gizli şəkildə müzakirə edir.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
bizimyol.info

1Mənbələr