ain.az bildirir, Moderator.az portalına istinadən.
Prezident Donald Tramp İrandakı etirazçılara üsyanı qızışdırmaq üçün Amerika silahları çatdırmalı olan İraqdakı kürd qruplaşmalarından "narazı" olduğunu bildirib.
Moderator.az bu haqda "CNN"-ə istinadla xəbər verir.
"Kürdlərin etdiklərindən məmnun deyiləm. Onlar silahları çatdırmadılar", - deyə Tramp bildirib və əlavə edib ki, silahlar Şimali İraqdakı Süleymaniyyədə yerləşən kürdlər vasitəsilə göndərilib.
Silahların hazırda harada olduğu barədə suala Amerika lideri "Görəcəyik ki, onlar kimdədir" cavabını verib.
Bu sözlər Vaşinqtonun əməliyyat üçün bir vasitə kimi istifadə etdiyi kürdlərə qarşı kəskin bir tonda səslənib. Tramp hələ 5 apreldə "Fox News"-a verdiyi açıqlamada ABŞ-ın kürd vasitəçiləri vasitəsilə etirazçılara "çoxlu silah" göndərdiyini söyləmişdi, daha sonra isə kürdlərin silahları özləri üçün saxladığını iddia etmişdi.
S.Laçın
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.