AZ

Azərbaycan banklarında manatla əmanətlər artdı

Bu ilin aprelin 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 16,960 milyard manat təşkil edib.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, əmanətlərin həcmi bir ay əvvələ nisbətən 248,9 milyon manat və ya 1,4% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,9 milyard manat və ya 12,5% artıb.

Bu ilin aprelin 1-nə fiziki şəxslərin milli valyuta (manat) ilə əmanətlərinin həcmi 11,8 milyard manat, xarici valyuta ilə isə 5,159 milyard manat təşkil edib.

Milli valyuta ilə əmanətlərin həcmi əvvəlki ayla müqayisədə 141,8 milyon manat və ya 1,2% azalıb, illik müqayisədə isə 1,7 milyard manat və ya 17% artıb. Xarici valyuta ilə isə bu göstərici bu ilin martın 1-nə olan göstəriciyə nisbətən 107,1 milyon manat və ya 2% azalıb, ötən ilin aprelin 1-nə olan göstəriciyə nisbətdə isə 175,6 milyon manat və ya 3,5% artıb.

Seçilən
21
13
publika.az

10Mənbələr