ain.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.
Mariya Zaxarova Qərb şou-biznesi nümayəndələrinin siyasi proseslərdə iştirakını şərh edib.
Doğru.az xəbər verir ki, diplomat bu barədə Komsomolskaya Pravda radiosunun efirində danışıb. O, aktyor Jean Renonun Rusiya əleyhinə mövzuların yer aldığı yeni kitabına münasibət bildirərkən Qərb şou-biznesinin siyasətdən kənarda qalmadığını vurğulayıb.
Zaxarova bildirib ki, “Qərb şou-biznesi elə qurulub ki, onların siyasi proseslərdən kənarlaşdırılması mümkün deyil”.
Bundan əvvəl The Independent Ağ Evin aktyor George Clooney tərəfindən ABŞ Prezidenti Donald Trumpa qarşı irəli sürülən ittihamlara cavab verdiyini yazmışdı. Tramp isə Kluninin Fransa vətəndaşlığı almasını tənqid edərək bunu “xoş xəbər” adlandırmışdı.
DOĞRU.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.