ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
40 yaşdan sonra bədən quruluşunu dəyişmək və fiziki formanı bərpa etmək üçün əsas şərtlər məlum olub. Məşqçi Cin Şefer bu yaş dövründə uğur qazanmağın sirrini aktivliyin davamlılığında və proqramın rəngarəngliyində görür.O, qeyd edir ki, eyni hərəkətləri təkrar etmək həm darıxdırıcı olur, həm də zədə riskini artırır. Qaçış, velosiped sürmə və üzgüçülük kimi müxtəlif idman növlərini növbəli şəkildə yerinə yetirmək bədənin hər tərəfli inkişafına kömək edir. Güc məşqlərində isə ağırlıqları tədricən artırmaq bədəni yükləmədən irəliləyiş əldə etməyə imkan verir.Şefer motivasiyanı itirməmək üçün hər gün fərqli əzələ qruplarına fokuslanmağı təklif edir. O, həmçinin sürətli arıqlama həvəsinə düşməməyi tövsiyə edir. Məşqçinin sözlərinə görə, yarım kiloqram piy yandırmaq üçün 3500 kalori defisiti lazımdır, halbuki 30 dəqiqəlik piyada gəzinti cəmi 200 kalori yandırır. Bu səbəbdən nəticəni səbirlə gözləmək və idmanı həyat tərzinə çevirmək vacibdir.İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.