AZ

Simonyandan Rusiyaya sərt mesaj: “Belarus kimi quberniya olmayacağıq”

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyaya qarşı sərt bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, Simonyan Rusiya ilə münasibətlərdən danışarkən Ermənistanda hakimiyyətin dəyişdirilməsinə yönəlmiş siyasi proseslərin getdiyini iddia edib.

Onun sözlərinə görə, Rusiya Ukraynada maraqlarını hərbi yolla həyata keçirməyə çalışırsa, Ermənistanda siyasi təsir mexanizmlərindən istifadə olunur.

Simonyan bildirib ki, Ermənistanın açıq siyasi və informasiya mühiti ölkənin özünə qarşı alətə çevrilməyə çalışılır.

“Bizim demokratikliyimizdən bizə qarşı istifadə etmək istəyirlər. Deyirlər ki, sizdə internet açıqdır, biz öz rublumuzla bu internetdə o qədər reklam alacağıq ki, hər şey bizim olacaq”, – deyə o vurğulayıb.

Parlament sədrinin sözlərinə görə, Ermənistanın kənardan idarə olunan ölkəyə çevrilməsinə imkan verilməyəcək.

“Biz Ermənistanın quberniyaya çevrilməsinə imkan verməyəcəyik. Belarus kimi idarə olunmayacağıq”, – Simonyan qeyd edib.

 

Musavat.com

Seçilən
32
musavat.com

1Mənbələr