ain.az, Axar.az saytına istinadən bildirir.
İranın hava hücumları Yaxın Şərqin 8 ölkəsində yerləşən ən azı 16 ABŞ hərbi obyektinə zərər vurub.
Axar.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, sözügedən obyektlər ABŞ-ın Yaxın Şərqdəki əsas hərbi mövqelərinin mühüm hissəsini təşkil edir. Telekanal bildirir ki, onlardan bəziləri hazırda faktiki olaraq istifadəyə yararsız vəziyyətdədir.
Bildirilir ki, hücumlar nəticəsində kəşfiyyat təyyarələri, rabitə avadanlıqları və radar sistemləri zərər görüb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran da daxil olmaqla, İranın iri şəhərləri zərbələrə məruz qalıb. SEPAH isə buna cavab olaraq, genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini açıqlayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.