AZ

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Mətbəxin əvəzolunmaz ədviyyatı olan darçın bu dəfə fərqli bir istifadə forması - tüstü kimi yandırılaraq ev daxilində müxtəlif faydalar təmin edir.

Bizim.Media “milli.az”a istinadla xəbər verir ki, qədim inanclara görə, darçın yandırmaq evin künclərində yığılıb qalmış durğun enerjini dağıdır və rifah üçün yer açır.

Bu, bir çox mədəniyyətdə bolluq və bərəkəti cəlb etmək üçün edilən ən populyar rituallardan biridir.

Darçının şirin qoxusu beyni stimullaşdıraraq zehni yorğunluğun dağılmasına kömək edir.

İş masasında yandırılan darçın fokuslanma müddətini uzadır və yaradıcılığı tətikləyir.

Bu qoxu dopamin və serotonin hormonlarının ifrazına kömək edərək insanın özünü daha xoşbəxt, təhlükəsiz və hüzurlu hiss etməsini təmin edir.

Elmi araşdırmalar darçın qoxusunun şirniyyat krizlərini yatıra bildiyini və lazımsız qəlyanaltı istəyini basdıraraq pəhrizə dəstək olduğunu göstərir.

Darçın evdə necə yandırılır?

Darçını tüstü kimi istifadə etmək olduqca sadədir:

Bir ədəd çubuq darçın götürün.

Şam və ya alışqan vasitəsilə darçının ucunu bir neçə saniyə qızdırın.Alovlandıqdan sonra

yavaşca üfürərək söndürün.

Burada əsas məqsəd darçının içinin yavaş-yavaş tüstülənməsini təmin etməkdir.

Bizim.Media

Seçilən
73
bizim.media

1Mənbələr