AZ

Qurbanov Elvindən söz açdı: “Mən heç bir xüsusi tapşırıq verməmişəm, əgər istəsələr…”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov əvəzedici heyətə göndərdiyi futbolçusu Elvin Cəfərquliyev barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, bu haqda suala belə cavab verib:

"Elvinlə bağlı vəziyyət hələ ki, necə var, elə də qalır.Gələn mövsüm üçün hazırlıq planını hələ tam dəqiqləşdirməmişəm, çünki qarşıda bir neçə oyunumuz var.

Əvəzedici heyətə göndərilən futbolçuların orada oynamamasına gəldikdə, mən onların meydana çıxmaması ilə bağlı heç bir xüsusi tapşırıq verməmişəm. Əgər istəsələr, çıxıb oynaya bilərlər".

Seçilən
52
sportinfo.az

1Mənbələr