Maurisio Poçettino Neymar haqqında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, keçmiş PSJ baş məşqçisi, hazırda ABŞ millisinin çalışdırıcısı öz açıqlamasında bunları qeyd edib:
“Əgər istedaddan danışsaq, o, Lionel Messi, Kilian Mbappe, Dieqo Maradona və Ronaldinyo ilə eyni səviyyədədir. İnanılmaz ustalığa və bacarıqlara malikdir. Amma futbolda istedad və bacarıq hər şey deyil.
Neymar futbolu sevir, amma eyni zamanda öz mədəniyyətini də sevir, Ronaldinyo kimi. O, oynamağı sevir, amma rəqs etməyi də sevir, harasa getməyi xoşlayır. O, həyatdan özünəməxsus şəkildə zövq alır”.
saytlarin hazirlanmasi