Avropa Parlamentinin Beynəlxalq ticarət komitəsinin rəhbəri Bernd Lange ABŞ-ın Avropa İttifaqından idxal olunan avtomobillərə 25%-lik rüsum tətbiq etmək niyyətini pisləyib.
Bizim.Media xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində məlumat paylaşıb.
"Donald Trampın Aİ-dən gələn avtomobillərə 25%-lik rüsum tətbiq etmək planı qəbulolunmazdır...
Aİ öz öhdəliklərini yerinə yetirdiyi halda, Amerika tərəfi onları pozmağa davam edir", — deyə o qeyd edib.
Mayın 1-də ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" səhifəsində Avropa İttifaqı ölkələrində istehsal olunan minik və yük avtomobilləri üçün rüsumları 25%-ə qədər qaldırdığını elan edib.
O, həmçinin dəqiqləşdirib ki, Avropa şirkətləri tərəfindən ABŞ ərazisində istehsal olunan avtomobillərə bu rüsumlar şamil edilməyəcək.
Bizim.Media