AZ

Məşhurluğu atıb kənd həyatını seçdi: Nə elektrik var, nə də telefon FOTO

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

"Avrupa Yakası" serialında canlandırdığı "Şehsuvar" obrazı ilə tanınan aktyor Bülent Polat İstanbulu tərk edərək ailəsi ilə birlikdə Çanaqqalada kənd həyatına başlayıb.

Milli.Az xəbər verir ki, Bülent Polat həyat yoldaşı və iki övladı ilə birlikdə Çanaqqalada, ən yaxın yaşayış məntəqəsindən 5 kilometr uzaqlıqda yerləşən bir kənddə yaşayır. Bu ərazidə elektrik yoxdur və telefon siqnalı tutmur.

Aktyor günlərini odun yığmaq, odun yarmaq, soba üzərində yemək bişirmək və torpaqla məşğul olmaqla keçirir.

O, bu yeni düzənin tam xəyal etdiyi kimi olduğunu bildirib. Ərazidə telefon, planşet və elektrikin olmaması uşaqların texnologiya ilə bağını kəsib.

Polat vurğulayıb ki, texnologiyadan uzaq qalıb təbiət ilə təmasda olmaq övladlarının həm davranışlarına müsbət təsir göstərib.Lalə Qüdrətova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
2
news.milli.az

3Mənbələr