AZ

Novosibirskdə ticarət mərkəzi YANIR: 5 min kvadrat metr ərazi ALOV İÇİNDƏDİR

Novosibirsk vilayətinin İskitim şəhərində “Apelsin” ticarət mərkəzi alovlar içində yanır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Rusiya Federasiyasının Novosibirsk vilayətində iri yanğın hadisəsi qeydə alınıb.

İskitim şəhərində yerləşən “Apelsin” ticarət mərkəzində güclü yanğın başlayıb.

İlkin məlumatlara görə, yanğının əhatə dairəsi təxminən 5 min kvadrat metr sahəni əhatə edir.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib, söndürmə işləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
22
interpress.az

1Mənbələr