AZ

“Bavariya” Noyerlə müqavilə uzadır

“Bavariya” qapıçısı Manuel Noyer ilə müqaviləni uzatmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər 2027-ci ilin yayına qədər yeni anlaşma barədə razılığa gəlib.

Razılaşmaya əsasən, 40 yaşlı qolkiper əsas heyətdə qalacaq, Yonas Urbiq isə daha çox şans qazanacaq və Noyerin xələfi kimi hazırlanacaq.

Qeyd edək ki, Noyer bu mövsüm 35 oyunda 38 qol buraxıb, 11 matçda isə qapısını toxunulmaz saxlayıb.

Seçilən
37
idmanxeber.az

1Mənbələr