AZ

Bayraməli Bayramov vəfat etdi

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Biləsuvarda 50 il həkim kimi çalışan Bayraməli Süleyman oğlu Bayramov vəfat edib.Bizim.Media xəbər verir ki, uzun illər tibb sahəsində fəaliyyət göstərən və rayon sakinlərinin sağlamlığının keşiyində dayanan həkim ürəktutması nəticəsində dünyasını dəyişib.Mərhum əmək fəaliyyəti dövründə doğma kənddə həkim məntəqəsinə rəhbərlik edib, son illərdə isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında çalışaraq yüzlərlə insana tibbi yardım göstərib.70 yaşında vəfat edən təcrübəli həkim ömrünün təxminən 50 ilini səhiyyə sahəsinə və insanların sağlamlığının qorunmasına həsr edib.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
bizim.media

8Mənbələr