AZ

Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Yeni adlar” layihəsi çərçivəsində konsert baş tutdu FOTO

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Dirijor Mustafa Mehmandarovun rəhbərliyi,Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə "Yeni adlar" layihəsi çərçivəsində solistlər - Şəms Əlili (viola), Xədicə Qasımova (violin), Kənan Bağırov (violin), Məsumə Əliyeva (fleyta) növbəti konsert proqramını təqdim etdilər.

Milli.Az xəbər verir ki, konsertin ilk hissəsində F.A.Hoffmeister viola və orkestr üçün D-dur konserti, H.Wieniawski C.Gounod-un "Faust" operasının mövzularına yazdığı Fantaziya (op.20) səsləndi.

Konsertin ikinci hissəsində C.Reinecke fleyta və orkestr üçün D-dur konserti (op.283) və H.Wieniawski-nin violin və orkestr üçün №2 konserti (op.22, d-moll) ifa olundu.

"Yeni adlar" layihəsi gənc musiqiçilərin səhnə təcrübəsinin artırılması, onların geniş auditoriyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu konsert bir daha göstərdi ki,  yeni istedadlar yetişməkdədir və onların gələcək uğurları üçün möhkəm zəmin formalaşır.İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
news.milli.az

1Mənbələr